İnyesta "Barselona" ilə müqaviləni niyə uzatmır?
Andres İnyestanın klubu "Barselona" ilə indiyə kimi müqaviləni uzatmamasının səbəbi məlum olub.

Tərəflər arasında uzun müddətdir danışıqlar olsa da, hələ də ilkin razılığa gəlinməyib. 29 yaşlı oyunçu 2015-ci ildə bitəcək müqavilənin 2019-ci ilə qədər uzadılmasını tələb edir. Klub rəhbərliyi isə İnyesta ilə üç illik yeni müqavilə imzalamağı daha uyğun hesab edir.

Tərəflərin tezliklə ortaq bir yol tapacağı gözlənilir.

Qeyd edək ki, İnyestanın yeni sözləşmə imzalayacağı təqdirdə illik 12 milyon avro qazanacağı iddia edilir.

Xəbər 783 dəfə oxundu.