Ronaldo İbrahimoviçi təriflədi
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo PSJ-nin hücumçusu Zlatan İbrahimoviç haqda müsbət fikirlər səsləndirib.

Fransa mətbuatına danışan portuqaliyalı ulduz Z.İbrahimoviçin oyununu çox bəyəndiyini deyib: "Zlatan yaxşı futbolçudur. O, illər keçdikcə nə qədər güclü olduğunu hər kəsə göstərdi. Hər zaman təqdirəlayiq oyun sərgiləyib. Karyerasını davam etdirən futbolçuların belə bir səviyyədə qalması çox yaxşıdır".

Xəbər 799 dəfə oxundu.