Fariz Məmmədov: Qəbələdə bizi boks bayamı gözləyir
Azərbaycanın və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. İdman.com.az xəbər verir ki, bu gün sözügedən döyüş öncəsi mətbuat konfransı keçirilib.

Qarşıdakı döyüşlə bağlı Fariz Məmmədov bunları söyləyib: Sizi burada görməyimə şadam. Bu çempion kəmərləri uğrunda döyüşmək arzusunda idim. Bu, mənim üçün yeni stimuldur. Qəbələdə bizi boks bayamı gözləyir. Artıq doqquz ildir ki, 12 raudluq döyüşdə iştirak etmirəm. Rəqibimə və onun titullarına hörmət edirəm. Şadam ki, məhz onunla görüşəcəyəm. Uduzmağa haqqım yoxdur”.

Xəbər 1158 dəfə oxundu.