"Barselona" "Altima" şirkəti ilə müqavilə imzalayıb
"Barselona" cənazə xidmətləri ilə məşğul olan "Altima" şirkəti ilə müqavilə imzalayıb.

Bundan sonra Kataloniya klubunun emblemi və rənglərin yer aldığı tabutlar hazırlanacaq və "Barsa Store"larda satılmağa başlanacaq. Tabutların ən ucuz qiyməti 250 avro olacaq. Bunun nəticəsində "Barselona" yaxşı gəlir əldə edəcəyi gözlənilir.

"Altima" dəfn şirkətinin nümayəndəsi Yozep Fantura son zaman "Barsa" azarkerşlərinin bununla bağlı istəklərinin olduğunu deyib: "Onlar öləndə də dəstəklədiyi komandanın rəngləri ilə birlikdə olmaq istəyirlər".

Xəbər 834 dəfə oxundu.