"Bakı" "Atletiko" ilə yoldaşlıq oyunu keçirəcək
Madriddə təlim-məşq toplantısı keçirən "Bakı"nın U-14 komandası ötən gün "Atletiko"nun bazasında ilk məşqinə çıxıb. Yerli məqşçilərin nəzarəti altında keçən məşq, əsasən, tanışlıq xarakteri daşıyıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, U-14 komandası ilə birgə Madridə yollanan məşqçilər heyyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu Arda Turanla görüşərək, ona Azərbaycan futbolsevərləri adınan salamlarını çatdırırb.

Dünən U-14 tam heyyətlə Madriddə təlim keçən U-15 komandasının üzvlərinin yer aldığı məşqi seyr ediblər. Bu gün isə U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq.

Xəbər 805 dəfə oxundu.