Kalonas Vaqif Cavadova yaxınlaşdı
Topaz Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Bakı” oyununda qonaq komandanın ilk qolunun müəllifinin adında dəyişiklik edilib.

Qolun müəllifi Mario Alvarez göstərilmişdir. Lakin sonradan qolun Mindauqas Kalonas tərəfindən vurulduğu müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, müvafiq dəyişikliklər aparılıb.

Qeyd edək ki, 16 turdan sonra Mindauqas Kalonasın aktivində 7 qol var. Bombardirlər siyahısına isə 8 qolla milli komandamızın və "İnter"in futbolçusu Vaqif Cavadov başçılıq edir.

Xəbər 850 dəfə oxundu.