AFFA-nın baş katibi futbol veteranı Şəmil Məmmədovla görüşüb | |
Dekabrın 10-da AFFA-nın baş katibi Elxan Məmmədov 80 illik yubileyi münasibətilə futbol veteranı Şəmil Məmmədovla görüşüb. AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib ona cansağlığı arzulamış, üzərində “Ş.Məmmədov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara hədiyyə edib. Ş.Məmmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|