Millimizin üzvü "Beşiktaş"a qarşı oynamadı
Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Türkiyə Superliqasında növbəti matçına çıxıb.

Sivas təmsilçisi 14-cü turda səfərdə "Beşiktaş"ın qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. Özkara ehtiyat oyunçular skamyasında olsa da, meydana çıxmayıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos yığmamızın üzvünə yenə şans verməyib.

Qeyd edək ki, "Sivasspor" 14 turdan sonra 23 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər 819 dəfə oxundu.