Robin Runi haqda xoş sözlər dedi
"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi komanda yoldaşı Ueyn Runi haqda xoş sözlər deyib.

"MUTV"yə danışan hollandiyalı futbolçu Runi ilə meydanda yaxşı anlaşdığını bildirib:

"Hər ikimiz eyni vaxtda meydanda olmağı çox istəyirik. Onunla hücum xəttində daha çox ötürmə verib, qollar vura bilirik. Üzümüz qapıya əks istiqamətdə də oynamağı bacarırıq. Hazırda Avropada hücumçu çoxdur. Ancaq bizim kimisi yoxdur. Çünki meydanda çox yaxşı anlaşırıq".


Xəbər 955 dəfə oxundu.