Luiş Nani karyerasını İspaniya La Liqasında davam etdirə bilər
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Atletiko" (Madrid) klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone yanvar ayından 27 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin Nani ilə "Yuventus"un da maraqlanması "Atletiko"nun işini çətinə salıb.

Qeyd edək ki, Nani ilə Türkiyənin "Qalatasaray" klubu yaxından maraqlanır.

Xəbər 833 dəfə oxundu.