"Vilyareal" əsas futbolçusunu saxladı
İspaniyanın "Vilyareal" klubu əsas futbolçularından biri ilə müqavilə yeniləyib. Söhbət 32 yaşlı yarımmüdafiəçi Kanidən gedir. Oyunçu ilə 4 illik müqavilə imzalanıb. Məlumat üçün bildirək ki, Kani 2006-cı ildən "Vilyareal"ın şərəfini qoruyur. Bu mövsüm çıxdığı 15 oyunda 2 qol vurub. Ümumilikdə isə Ruben Qarsiya Kalmaçe və ya sadəcə Kaninin aktivində 300 oyunda 22 qol var.

Xəbər 857 dəfə oxundu.