Serxio Ramos "Real"dan ayrılır
Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb.

Paris təmsilçisi "Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramosa "elçi" düşüb.

Daha öncə klubun prezidenti Florentina Perezlə problemlər yaşayan Ramosun son günlər baş məşqçisi Karlo Ançelotti ilə də arasının dəydiyi bildirilir. Bu səbəbdən futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir. Lakin Ramosun təzminat qiymətinin 65 milyon avro olması PSJ-nin işini çətinə salıb.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Real"la 2017-ci ilə qədər müqaviləsi var.

Xəbər 952 dəfə oxundu.