Mourinyo: "Vəziyyətimiz pisləşir"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandanın son oyunlardakı çıxışından narazıdır.

Portuqaliyalı mütəxəssis "Stok Siti"yə məğlubiyyətin ardından "BBC"ə açıqlamasında komandasını şikayət edib:

"Komandamın əldə etdiyi qol fürsətlərini qaçırması məni narahat edir. Son oyunumuzda 60 dəqiqə ərzində 3 və ya 4 qol vura bilərdik. Vəziyyətimiz pisləşməyə başlayır".

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 848 dəfə oxundu.