"Barselona"dan Van Persiyə 45 milyon avro
"Barselona" klubu "Mançester Yunayted"in futbolçusu Robin Van Persinin transferi üçün danışıqlara başlayıb.

Bu barədə "Sport" qəzeti məlumat yayıb.

Bildirilib ki, hollandiyalı hücumçunun yanvar ayında Kataloniya klubuna gəlməsi üçün "qırmızı şeytanlar"a 45 milyon avroluq təklif gönədəriləcək. Mançester təmsilçisinin təklif olunan məbləğin yüksək olması səbəbindən futbolçunun komandadan ayrılmasına razılıq verəcəyi iddia edilir.

Qeyd edək ki, Van Persi 2012-ci ildə "Arsenal"dan "Mançester Yunayted"ə transfer olunub.

Xəbər 1034 dəfə oxundu.