"Yuventus"la oyunöncəsi "Qalatasaray"a şad xəbər
Bir müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən "Qalatasaray"ın futbolçusu Uesli Sneyder artıq sağalıb.

Hollandiyalı yarımmüdafiəçi komandanın son məşqində iştirak edib.

Onun Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçda forma geyəcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 823 dəfə oxundu.