Markus Braun: İstənilən qələbə əzizdir

ABŞ milli komandasının 81 kq çəki dərəcəsindəki boksçusu Markus Braun dünya çempionatına inamlə qələbə ilə başlayıb. O, ilk döyüşdə Yaponiya təmsilçisi Yosihitsuna Okadanı 1-ci raunda təslim olmağa məcbur edib. Braun jurnalistlərə açıqlamasında turnirə yaxşı hazırlaşdıqlarını deyib: “Dünya çempionatı öncəsində yüksək səviyyədə təlim-məşq toplanışı keçmişik. Düzdür, ilkin mərhələdə bəzən zəif rəqiblərlə də qarşılaşmalı olursan. Amma istənilən qələbə adama əzizdir. Odur ki, dünya çempionatına qalibiyyətlə başladığım üçün sevincliyəm. Bu çəkidə güclü rəqiblər var. Amma məqsədim Olimpiya oyunlarına lisenziya qazanmaqdır”.

Xəbər 1060 dəfə oxundu.