Almaniya Bundesliqası: "Borussiya" "Bayer"ə uduzdu
Almaniya Bundesliqasında 15-ci turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Səfərdə "Verder" (Bremen) klubunun qonağı olan "Bavariya" rəqibini biabır edib - 7:0. Dortmund "Borussiya"sı isə doğma azarkeşləri önündə "Bayer" (Leverkuzen) klubuna 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Bundesliqada 15-ci tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

7 dekabr

Almaniya Bundesliqası, 15-ci tur

"Hamburq" - "Augsburq" - 0:1
Qol: Bobadilla, 18 (0:1)

"Ayntraxt" - "Hoffenhaym" - 1:2
Qollar: Şipplok, 47 (0:1), Joselu, 48 (1:1), Firmino, 58 (1:2)

"Verder" (Bremen) - "Bavariya" - 0:7
Qollar: Mulonqo, 21-avtoqol (0:1), Buyten, 27 (0:2), Riberi, 38 (0:3), Mandzukiç, 60 (0:4), Müller, 69 (0:5), Riberi, 83 (0:6), Qötze, 90 (0:7)

"Ştuttqart" - "Hannover" - 4:2
Qollar: Harnik, 13 (1:0), Sobieç, 28 (1:1), Sane, 31 (1:2), İbişeviç, 33 (2:2), Traore, 52 (3:2), Rauş, 84 (4:2)

"Borussiya" (Münhenqladbax) - "Şalke" - 2:1
Qollar: Farfan, 17-pen (0:1), Rafael, 25 (1:1), Kruse, 25-pen (2:1)

"Borussiya" (Dortmund) - "Bayer" (Leverkuzen) - 0:1
Qol: Min Son, 18 (0:1)



8 dekabr

"Frayburq" - "Volfsburq"

"Braunşveiq" - "Herta" (Berlin)


6 dekabr

"Nürnberq" - "Mainz" - 1:1
Qollar: Nilson, 5 (1:0), Okazaki, 75 (1:1)

Xəbər 829 dəfə oxundu.