Bakı xoşuma gəldi

Boks üzrə dünya çempionatına qələbələrlə başlayan Amerika Birləşmiş Ştatlarının (ABŞ) komandasının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunu mətbuata açıqlamasında ABŞ komandasının məşqçisi Kevin Cons da deyib: “Yarışa tam heyətlə qatılmışıq. İlk günlər hələ ki nəticələr ürəyimizcədir. Bura London Olimpiadasına lisenziya qazanmaq üçün gəlmişik. 2 boksçumuz isə Bakıda medal almağa da qadirdir”. Amerikalı mütəxəssis ilk dəfədir ki, Bakıya səfər etdiyini bildirib: “Şəhəri gəzmək üçün o qədər də çox vaxtım olmayıb. Amma müəyyən yerlərdə olmuşam və Bakı xoşuma gəlib. Müasir bir şəhərdir. Təşkilatçılar qonaq komandaların heç bir çətinliklə üzləşməməsi üçün əllərindən gələni edirlər”.

Xəbər 1451 dəfə oxundu.