Ronaldonun istəyi gerçəkləşmədi
"DÇ-2014"ün püşkatması zamanı Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun istəyi gerçəkləşməyib.

Ulduz hücumçu püşkatmadan öncə İspaniya, Braziliya və Almaniya millisi ilə eyni qrupa düşmək istəmədiyini bildirmişdi.

Ancaq dünənki püşkatmaya əsasən Portuqaliya G qrupunda Almaniya ilə bir qrupda yer alıb.

Qeyd edək ki, Almaniya – Portuqaliya matçı iyunun 16-da baş tutacaq.

Xəbər 1092 dəfə oxundu.