Fransada daha bir baş məşqçi qovuldu
Fransa Liqasında daha bir baş məşqçi qovulub.

“Marsel” rəsmi saytından çalışdırıcısı Elie Boupla yolları ayırdıqlarını açıqlayıb.

Fransız mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar son oyunda öz meydanında “Nant”a məğlubiyyətdən sonra verilib.

Qeyd edək ki, bundan əvvəl “Monpelye” baş məşqçisi Rolland Kourbislə yolları ayırmışdı.

Xəbər 1069 dəfə oxundu.