"Arsenal" Vengerlə yeni müqavilə imzalayacaq
“Arsenal” baş məşqçisi Arsen Vengerlə müqaviləni uzatmaq barədə razılığa gəlib.

Təcrübəli mütəxəssislə qarşıdakı vaxtlarda üç illik rəsmi müqavilə imzalanacaq.

Yeni sözləşməyə əsasən A.Venger illik 8 milyon avro qazanacaq. Bununla da o, düyanın ən çox qazanan baş məşqçiləri arasındakı yerini qoruyacaq.

Qeyd edək ki, A.Vengerin London klubu ilə müqaviləsi mövsümün sonu başa çatır.

Xəbər 1163 dəfə oxundu.