Visente del Boske: "Hollandiya ilə düşəcəyimizi bilirdim"
İspaniya millisinin baş məşqçisi Visente Del Boske DÇ-2014-ün püşkatmasını dəyərləndirib.

"Cuatro" radiosuna açıqlamasında təcrübəli mütəxəssis asan qrupa düşmədiklərini deyib: "Düzdür, ölüm qrupunda da deyilik. Ancaq çox güclü komandalarla qrupdan çıxmaq üçün mübarizə aparacağıq".

Qrupdakı rəqibləri haqda da danışan D.Boske bildirib: "Hollandiya ilə qarşılaşacağımızı əvvəlcədən söyləmişdim və haqlı çıxdım. Çili də çox təhlükəli yığmadır. Avstraliya ilə də oyunumuz asan olmayacaq. Çempionatın ilk günündən etibarən istədiyimiz oyunu sərgiləməliyik. Bu bizim üçün sonrakı matçlar üçün dı faydalı olacaq".

Qeyd edək ki, İspaniya DÇ-2014-ün B qrupundan mübarizə aparacaq. Bu qrupda Hollandiya, Çili, Avstraliya yer alıb.

Xəbər 850 dəfə oxundu.