"Qarabağ" "Neftçi" ilə oyuna hazırdır | |
Topaz Premyer Liqanın XVI turunda "Neftçi"ni qəbul edəcək "Qarabağ" klubu bu oyunun hazırlıqlarını tamamlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda artıq bu oyunun başlama saatını gözləyir. 54-cü derbi öncəsi komandada ciddi itki yoxdur. Artıq 1 aydır zədə üzündən yaşıl meydanlardan kənarda qalan Admir Telinin durumu isə qeyri-müəyyəndir. Çempionatın ilk yarısında rəqib meydanında baş tutan görüşdə hesab açılmamışdı. Azərbaycan derbisini Vüsal Əliyevin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü sabah, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. |
|
Xəbər 803 dəfə oxundu. |
|
|