"Qalatasaray" - "Yuventus" matçına bilet qalmadı
Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Yuventus"u qəbul edəcək "Qalatasaray"a azarkeşlərin böyük dəstəyi olacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq "Türk Telekom Arena"da baş tutacaq qarşılaşma üçün satışa çıxarılan 10 min 24 biletin hamısı 5 gün ərzində alınıb.

Qeyd edək ki, 52 mindən çox azarkeşi tutumu olan "Türk Telekom Arena"da trunalardakı yerlərin böyük əksəriyyəti mövsümün əvvəlindən abonementlə alınıb.

“Yuventus”la matçın mövsümün ən çox azarkeş sayı olan oyun olacağı gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" görüşü dekabrın 10-u baş tutacaq. “Qalatasaray” qrupda ikinci yeri tutub ÇL-in pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirsə, bu qarşılaşmada mütləq qalib gəlməlidir.

Xəbər 827 dəfə oxundu.