Daniel Alveş komandasının hazırki durumu haqqında danışıb
"Barselona" klubunun müdafiəçisi Daniel Alveş komandasının hazırki durumu haqqında danışıb.

Braziliyalı futbolçu "Barselona"nın Pep Qvardiolanın komandası ilə müqayisə olunmasının düzgün olmadığını bildirib:

"Qvardiolanın gedişindən sonra komandanın oyununda elə də böyük dəyişiklik olmadı. Komandada hər şey qaydasındadır. Çoxları "Barselona"nın Qvardiolanın komandası ilə müqayisə etməyi xoşlayır. Ancaq bu düzgün deyil, ədalətsizlikdir. İllər bir-birini əvəzləyir, müxtəlif məşqçilər gəlir və gedir. Heç kəsin şübhəsi olmasın ki, biz indi daha güclüyük".

Xəbər 874 dəfə oxundu.