Yurgen Klopp: "Qışda heç bir transfer etməyəcəyik"
"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsindəki planlarından danışıb.

Təcrübəli mütəxəssis qışda heç bir transfer həyata keçirməyəcəklərini bildirib:

"Yanvarda hər hansı bir transfer etməyi düşünmürük. Əlimizdə olan futbolçuları qorumağa çalışacağıq. Düzdür, bəzi zədəli futbolçularımız var. Onların yerini doldurmaq lazımdır. Yalnız Subotiç mövsümün sonunadək sıradan çıxıb. Digər futbolçuların geri dönüşü uzun çəkməyəcək".

Qeyd edək ki, "Borussiya"nın heyətində Subotiç, Hummels və Şmelçer zədə səbəbindən forma geyinə bilmir.

Xəbər 1077 dəfə oxundu.