İngiltərədə "Bracuza" müzakirəsi
2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının rəsmi topu İngiltərədə müzakirələrə səbəb olub.

Dünya çempionatın rəsmi topundan növbəti aydan etibarən Almaniya bundesliqasında istifadə ediləcək. Ölkə mətbuat yazıb ki, almanların "Bracuza" ilə əvvəlcədən çalışması İngiltərə kimi ölkələrlə müqayisədə turnirdə daha böyük üstünlük əldə etməsinə səbəb olacaq.

Bu səbəbdən ingilislər bildiriblər ki, "Brazuca" dünya çempionatından əvvəl Premyer Liqada da istifadə olunmalıdır.

Xəbər 874 dəfə oxundu.