“Fənərbaxça” cəzalandırıldı
"Fənərbaxça"nın Türkiyə superliqasında "Beşiktaş"ı qəbul etdiyi matç meydan sahibləri üçün baha başa gəlib.

Sözügedən qarşılaşmada "Fənər"li azarkeşlər təhqiredici şüarlar səsləndirdiyi üçün klub Türkiyə Futbol Federasiyası tərəfindən bir oyunluq cəzalandırılıb.

Bundan başqa, "Fənər"ə 90 min türk lirəsi pul cəzası kəsilib.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" matçı 3:3 hesabı ilə başa çatmışdı.

Xəbər 871 dəfə oxundu.