«Gənclik» qalib gəldi

Nərimanov rayonu üzrə məhəllələrarası mini futbol turnirinə bu gün yekun vurulub.

Turnirdə üçüncü yer uğrunda mübarizədə «Kosmos» komandası 3:1 hesabı ilə «Sülh» komandasına qalib gəlib. Final oyununda isə rəqibi «Günəş» komandası üzərində 2:1 hesablı qələbə qazanan «Gənclik» komandası turnirin qalibi olub.

Final oyunundan sonra turnirin bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Nərimanov rayonu İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək, uşaqlar arasında keçirilən məhəllələrarası futbol yarışlarının futbolun inkişafında böyük rol oynadığını vurğulayıblar.

Xəbər 1059 dəfə oxundu.