Skolari favorit gördüyü komandanın adını açıqladı
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari 2014-cü ildə baş tutacaq dünya çempionatında favorit gördüyü komandanın adını açıqlayıb.

Təcrübəli mütəxəssis kuboku İspaniyanın qazanacağını deyib: "İspaniya son çempiondur və deməli, favorit də onlardır. Bu komandayla oynayan yığmalar çempionla qarşılaşdığını bilirlər. Bütün komandalar İspaniya kimi oynamaq istəyir".

Skolari bildirib ki, komandası bu ünvanı İspaniyanın əlindən almaq üçün çaışacaq: "Konfederasiyalar kubokunda onları məğlub etməyimiz özümüzə olan inamı artırdı".

Xəbər 770 dəfə oxundu.