Messinin yaşıl meydanlara qayıtması bir qədər ləngiyə bilər
"Barselona"nın zədəli futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıtması bir qədər ləngiyə bilər.

Bu barədə Kataloniya klubunun baş məşqçisi Xerardo Martina açıqlama verib. Bildirib ki, argentinalı hücumçu yanvarın 11-də La Liqada "Atletiko" (Madrid) ilə matçda forma geyə bilməyəcək.

Onun sözlərinə görə, Messi tam sağalmadan yaşıl meydanlara qayıtmayacaq: "Hazırda o, hazırlıqlarını və müalicəsini davam etdirir. Düzdür, böyük ehtimalla yanvar ayının əvvəlinə qədər sağalacaq. Amma dəqiq nə zaman oyunlarda iştirak edəcəyi ilə bağlı məlumat verə bilmərəm. Bizi əsas maraqlandıran onun tamamila sağalması və hazır olmasıdır".

Qeyd edək ki, Messi noyabrın 10-u "Betis"lə matçda zədələnmişdi.

Xəbər 1068 dəfə oxundu.