2014-cü ilin dünya çempionuna 35 milyon veriləcək
FİFA-nın baş katibi Jer Valk 2014-cü ildə futbol üzrə Braziliyada keçiriləcək dünya çempionatının pul mükafatını açıqlayıb.

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, dünya çempionu 35 milyon dollar, finalçı 25 milyon, bürünc mükafat alan Milli komandaya isə 22 milyon dollar veriləcək.

4-cü yeri tutan komanda 20 milyon dollar alacaq. 5 - 8-ci yerləri tutanlar 14 milyon, 9 -16-cı - 9 milyon, 17-32 –ci yerin sahibələrinə isə 8 milyon dollar veriləcək.

Bundan başqa futbolçularını dünya çempionatında oynamaq üçün buraxan komandalara 70 milyon dollar verilməsi nəzərdə tutulub.

Xəbər 921 dəfə oxundu.