İspaniya millisini çempion edən baş məşqçi karyerasını başa vurdu
2008-ci ildə İspaniya millisi ilə Avropa çempionu olan təcrübəli çalışdırıcı Luis Araqones baş məşqçi karyerasını başa vurub.

Bu barədə 75 yaşlı mütəxəssis açıqlamasında deyib:

"Məşqlərə çıxmaq mənim üçün olduqca çətindir. Türkiyədən ayrıldıqdan sonra işlərin belə çətinləşəcəyini bilirdim və belə də oldu".

Qeyd edək ki, L.Araqones baş məşqçi karyerası ərzində "Atletiko" (Madrid), "Barselona" "Sevilya", "Malyorka", "Betis", "Valensiya" kimi klubları çalışdırıb. Onun son iş yeri isə "Fənərbaxça" (2008/2009) olub.

Xəbər 827 dəfə oxundu.