PSJ-nin məğlubiyyətsizlik seriyası qırıldı
PSJ klubunun 36 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Dünən Fransa Liqasında "Evian"a 0:2 hesabı ilə məğlub olan Paris təmsilçisi bununla da öz uğurlu seriyasını davam etdirə bilməyib.

Bu, həmçinin PSJ-nin ölkə çempionatına ilk məğlubiyyəti olub.

Qeyd edək ki, Loren Blanın komandası hazırda turnir cədvəlində 37 xalla birinci pillədədir.

Xəbər 824 dəfə oxundu.