Ağalaravun xatirə turniri başlayır
Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayında əməkdar məşqçi, respublikamızda boksun banisi olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib. Yarışda gənc boksçularımızla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Ukrayna komandaları iştirak edəcəklər. Azərbaycan komandası turnirdə baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında geniş tərkibli heyətlə mübarizə aparacaq. Yarışa dekabrın 8-də yekun vurulacaq.

Xəbər 1077 dəfə oxundu.