Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başlayıb
Dekabrın 5-də əməkdar məşqçi, respublikamızda boksun banisi olan Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başlayıb.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda gənc boksçularımızla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Hindistan və Ukrayna komandaları da iştirak edir.

Azərbaycan komandası turnirdə baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında geniş tərkibli heyətlə mübarizə aparır.

Yarışa dekabrın 8-də yekun vurulacaq.

Xəbər 1061 dəfə oxundu.