Paralimpiyaçılarımız lisenziya xarakterli yarışlarda iştirak edəcəklər

Oktyabrın 1-dən 11-nə qədər Atlantada paralimpiyaçılar arasında güllə atıcılığı üzrə London Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, ölkəmizi bu yarışlarda məşqçilər Vitali Sotnikov və Əfqan Əhmədovun rəhbərliyi altında Yelena Taranova və Əkbər Muradov təmsil edəcəklər.
Paralimpiya Komitəsinin icraçı direktoru Şaiq Həmidovun verdiyi məlumata görə, paralimpiyaçılar yarışlara hazırlığı Sumqayıt Paralimpiya İdman Kompleksində (25 m və 10 m) və Stend Atıcılığı Kompleksində (50 m) keçiblər.

Xəbər 1348 dəfə oxundu.