Pele: "Braziliyada keçiriləcək dünya çempionatı uğurlu olacaq"
Braziliya futbolunun canlı əfsanəsi Pele gələn il ölkəsində keçiriləcək dünya çempionatına hazırlıq haqda danışıb.

Pele Braziliyada baş tutacaq mundialın uğurlu alınacağına inandığını bildirib:

"Mən dünya çempionatının uğurlu alınacağına şübhə etmirəm. Düzdü, Konfederasiyalar kuboku zamanı bəzi problemlərimiz olmuşdu.

Ancaq mən qarşıdakı mundialda fantastik şou olacağına inanıram. Dünya çempionatına qədər ölkədə bütün stadionlar hazır vəziyyətə gətiriləcək. Hələ çempionatın başlamasına 8 ay var. Düşünürəm ki, biz stadionları unutmalı və bütün diqqətimizi futbola yönəltməliyik".

Xəbər 850 dəfə oxundu.