"Bu qələbə ilə uğursuzluğa son qoyduq”
“Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib idi”. -bu sözləri “Neftçala” ilə oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib. Təcrübəli mütəxəssis komandasına inandığını qeyd edib: “Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz var, komandanın Premyer Liqadakı mövqeyini yaxşılaşdırmağa çalışacağıq. İlk dövrə bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq”.

Xəbər 748 dəfə oxundu.