Kamran Ağayev hələ də meydançaya çıxa bilmir
Azərbaycan – Rusiya oyununda zədələndikdən sonra əməliyyat olunan qapıçı Kamran Ağayev hələ də meydançaya çıxmaq iqtidarında deyil. Odur ki, Ağayev “Bakı”nın iştirakı ilə keçirilən oyunları kənardan izləyir.

Daha doğrusu, Ağayev ikinci baş məşqçi funksiyasını yerinə yetirir. Komanda yoldaşlarına tez-tez məsləhətlər verən Ağayev “Bakı”nın “İnter”ə məğlub olduğu oyunda da öz ampluasında idi. Qolkiper “Bakı”nın hücumları və ya müdafiə olunması zamanı meydança boyu hərəkət edirdi. Və məcaziləşdirsək, demək olar ki, futbolçulardan daha çox hərəkətdə olurdu.


Xəbər 875 dəfə oxundu.