UEFA rəmzi komandaya düşəcək futbolçuların adını açıqladı
UEFA 2012/2013 mövsümünün ən yaxşı rəmzi komandası üçün namizəd olan futbolçuların adlarını açıqlayıb.

Namizədlər arasında ən çox "Bavariya"nın (9) futbolçuları yer alıb.

Mövsümün rəmzi komandası azarkeşlər arasında keçirilən rəy sorğusu əsasında müəyyənləşəcək. Futbolsevərlər yanvarın 9-a qədər qurumun rəsmi saytına daxil olmaqla səs verə bilərlər.

Siyahıya daxil olan namizəd oyunçular bunlardır:

Qapıçılar: Peter Çex ("Çelsi"), Tibo Kurtua ("Atletiko", Madrid), David de Xea ("Mançester Yunayted"), Manuel Noyer ("Bavariya")


Müdafiəçilər: David Alaba, Dante, Filipp Lam (hamısı "Bavariya"), Corco Kyellini, Ştefan Lixtştayner (hər ikisi "Yuventus"), Mats Hummels ("Borussiya", Dormund), Branislav İvanoviç ("Çelsi"), Filipe Luis ("Atletiko"), Vensan Kompani ("Mançester Siti"), Jerard Pike ("Barselona"), Serxio Ramos ("Real"), Tiaqo Silva ("PSJ)

Yarımmüdafiəçilər: Qaret Beyl, İsko (hər ikisi "Real"), İlkay Gündoğan, Marko Roys ("Borussiya"), Məsut Özil ("Arsenal"), Pol Poqba ("Yuventus"), Nemanya Matiç ("Benfika"), Blazye Matyudi (PSJ), Frank Riberi, Aryen Robben, Bastian Şvaynştayqer (hamısı "Bavariya"), Yaya Ture ("Mançester Siti")

Hücumçular: Serxio Aquero ("Mançester Siti"), Edinson Kavani, Zlatan İbrahimoviç (PSJ), Dieqo Kosta ("Atletiko"), Radamel Falkao (ötən mövsüm “Atletiko”, hazırda "Monako"), Robert Levandovski ("Borussiya"), Mario Mandzukiç, Tomas Müller ("Bavariya"), Cekson Martines ("Porto"), Robin Van Persi ("Mançester Yunayted"), Lionel Messi ("Barselona"), Kriştiano Ronaldo ("Real")

Xəbər 799 dəfə oxundu.