DÇ-2014-lə bağlı yeni təklif
İtaliya millisinin baş məşqçisi Çezarri Prandelli 2014-cü ildə Braziliyada təşkil olacaq dünya çempionatı ilə bağlı bəzi təkliflər verib.

Təcrübəli mütəxəssis Brazilyanin şimal bölgələrindəki iqlimin oyunçulara çətinlik yaradacağını deyərək qarşılaşma zamanı su içmək üçün fasilə verilməsinin vacib olduğunu bildirib: "Bəlkə zarafat etdiyimi düşünə bilərsiniz. Ancaq bəzi matçlarda oyunçular su içmək üçün topu bilərəkdən oyundan çıxara bilirlər".

Vəziyyətin son dərəcə ciddi olduğunu vurğulayan Prandelli iki gün ərzində bununla bağlı FİFA-ya rəsmi müraciət edəcəyini deyib.

Qeyd edək ki, Braziliyanın şimalında Fortaleza, Natal, Salvador şəhərlərində hava günorta saatlarında 35 dərəcəyə yüksəlir.

Xəbər 821 dəfə oxundu.