"İnter"in məşqçisi: "Daha çox qol vura bilərdik"
"İnter"in məşqçisi Roman Cəfərov Azərbaycan kubokunun 1/8 finalında "Şuşa" üzərində böyükhesablı qələbədən (7:0) sonra açıqlama verib.

İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, komandanın oyunundan razı qaldığını deyib: “Səviyyə baxımdan rəqibdən üstün idik. Hesabdan və oyundan razı qaldıq. Daha çox qol vura bilərdik. Növbəti mərhələyə keçdiyimiz üçün şadam”.

Xəbər 787 dəfə oxundu.