Dünya çempionatının mükafat fondu artdı
Futbol üzrə 2014-cü il dünya çempionatının mükafat fondu 140 milyon dollar artıb.

Bu barədə FİFA-nın baş katibi Jerom Valke açıqlama verib.

O Braziliyada baş tutacaq Mundialda mükafat fondunun 560 milyon dollar təşkil edəcəyini bildirib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında keçirilmiş 2010-cu il dünya çempionatında bu rəqəm 420 milyon dollar olub. Bu isə qarşıdakı Mundialda mükafat fondunun 30 faiz artırılacağı anlamına gəlir.

Lent.az

Xəbər 840 dəfə oxundu.