Mourinyo İngiltərə Premyer Liqası haqda danışıb
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqası haqda danışıb.

Portuqaliyalı mütəxəssis deyib ki, ölkə çempionatında tək rəqibləri "Mançester Siti"dir:

"Arsenal" rəqibimiz deyil. Tək rəqibimiz "Mançester Siti"dir. Çünki heyətlərində yaşlı oyunçu yoxdur və matçı dəyişdirəcək futbolçulara sahibdirlər. Bir sözlə, komanda mükəmməldir.

30 yaşdan yuxarı və 23 yaşdan aşağı oyunçuları yoxdur. Mən "Mançester Siti"nin baş məşqçisi olsaydım, ilk "11"liyi təyin etməkdə çətinlik çəkərdim. Mənim bu açıqlamalarıma digər komandalar əsəbiləşə bilər, ancaq bu, mənim fikrimdir".

Xəbər 806 dəfə oxundu.