Karateçilərimiz dünya çempionatında

Oktyabrın 7-də karatenin komite və kata növləri üzrə Malayziyanın Malakka şəhərində yeniyetmələr və gənclər arasında dünya çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, yarışlarda ölkəmizi Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 24 nəfər idmançı təmsil edəcək. Qeyd edək ki, təmsilçilərimiz 14-15, 16-17, 18-20 yaş qruplarında mübarizə aparacaqlar.
Dünya çempionatına oktyabrın 17-də yekun vurulacaq.

Xəbər 1192 dəfə oxundu.