Fransa millisi və "Marsel" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasında F qrupunda mübarizə aparan "Marsel" ciddi itki ilə üzləşib.

Komandanın futbolçusu Matye Valbuena 6 həftəlik sıradan çıxıb.

Buna onun Fransa Liqasında "Lill" ilə matçda zədələnməsi səbəb olub. 29 yaşlı yarımmüdafiəçinin sol çiyninin çıxdığı bildirilib.

Qeyd edək ki. "Marsel" hazırda ölkə çempionatında 27 xalla 4-cü pillədədir.

Xəbər 786 dəfə oxundu.