Platini: "Builki "Qızıl top" tarixin ən çətin seçimi olacaq"
UEFA prezidenti Mişel Platini "Qızıl top" mükafatı haqda fikirlərini bildirib.

"AS"a danışan klub prezidenti bu mükafata 3 real namizəd futbolçunun olduğunu deyib:

"Lionel Messi, Kriştiano Ronaldo və Frank Riberi bu mükafatın əsas favoritləridirlər. İlk ikisi çox yaxşıdır, Riberi isə ötən mövsüm bütün kubokları qazandı. Builki "Qızıl top" tarixin ən çətin seçimi olacaq".

Mükafat üçün səsvermənin vaxtının uzadılmasına da münasibət bildirən M.Platini bu addımın K.Ronaldo üçün atıla biləcəyini vurğulayıb: "Ronaldonu məmnun etmək üçün ola bilər. FİFA-nın bu qərarı Portuqaliyanın dünya çempionatına getmək üçün İsveçlə oynadığı və Kriştianonun üç qol vurduğu zaman reallaşdı".

Xəbər 1276 dəfə oxundu.