Royal Halı Qaziantepdən daha bir qələbə
Basketbolda FIBA EuroChallenge kubokunun B qrupunda Royal Halı Qaziantep Rusiyanın Krasnye Kriliya komandası ilə qarşılaşıb.

İdman.com.az saytı xəbər verir ki, qrupundakı 4 matçında ard-arda qələbə qazanan komanda bu dəfə rəqibini 71-63 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Royal Halı Qaziantep qrupundakı ilk matçında qarşılaşdığı rəqibini deplasmanda da 96-89 hesabı ilə məğlub edib.

Xəbər 1108 dəfə oxundu.