Millimiz mübarizəni dayandırdı

Sentyabrın 27-də Serbiya və İtaliyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin pley-off qarşılaşmaları keçirilib. İdman.com.az saytının məlumatına görə, qrup üçüncüsü kimi bu mərhələyə yüksələn Azərbaycan yığması Hollandiya millisi ilə qarşılaşıb.

Türkiyə yığması ilə qrup oyununda olduğu kimi, bu dəfə də, komandamız ilk setdə qalib gəlsə də, sonrakı setlərdə rəqibə təslim olub – 1:3 (25:23, 25:27, 16:25, 17:25) .

Bununla da komandamz çempionatının final mərhələsində mübarizəni dayandırıb.

Digər pley-off qarşılaşmasına isə Türkiyə voleybolçuları ispanlara qalib gəliblər - 3:0 (25:19, 25:17, 25:21)

Xəbər 1040 dəfə oxundu.